Bəxtiyar Hacıyevə qarşı ittiham sərtləşdirilib

Yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsi həbsdə olan fəal Bəxtiyar Hacıyevə qarşı ittihamı sərtləşdirib. Belə ki, Cinayət Məcəlləsinin 221.1.1-ci (xuliqanlıq) maddəsi 221.2.2-ci (ictimai asayişin mühafizəsi üzrə vəzifələrini yerinə yetirən hakimiyyət orqanı nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə əvəz edilib. Hacıyev həmçinin Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsilə ittiham olunub.

Yeni ittihamla fəalı 3 ilədək həbs cəzası gözləyir. Bu barədə cümə günü Turan-a vəkil Rövşanə Rəhimli 1 saylı təcridxanada Hacıyevə baş çəkdikdən sonra Turan-a  bildirib.  Onun sözlərinə görə, Hacıyev yeni ittihamı siyasi sifariş kimi qiymətləndirir.

“Bu ittiham hətta biz hüquqşünaslar üçün gözlənilməz oldu. Bəxtiyar Hacıyev ittihamı qəbul etmir və bunu siyasi sifariş hesab edir”, – vəkil deyib. O qeyd edib ki,  fəal aclığı davam etdirir.

“Onun səhhətində ciddi problemlər var. Çox arıqlayıb, nəbzi dəqiqədə 56 dəfə vurur. Bədəninin hərarəti 35,8 dərəcədir. Çox zəifləyib, soyuqdəyməsi var”, – Rəhimli deyib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Bəxtiyar Hacıyevə qarşı ittihamın sərtləşdirilməsini pisləyib. “Biz təəssüf edirik ki, repressiyaların miqyası artır. “Müdafiə xətti” hesab edir ki, Bəxtiyar Hacıyev siyasi hakimiyyətin nifrətinin qurbanıdır”, – təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib.

Previous Post

Charge against Bakhtiyar Hajiyev toughened

Next Post

European Union urge Baku to release Tofig Yagublu and Bakhtiyar Hajiyev

Start typing to see posts you are looking for.