Bəxtiyar Hacıyevın səhhətində problemlər yaranıb

Yanvarın 10-da vəkillər Zibeydə Sadıqova və  Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasında ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə vəkil Zibeydə Sadıqova Turan Səsinə bildirib.

“Bu gün mən digər vəkil Bəxtiyar Hacıyev ictimai fəal Bəxtiyar Hacıyevlə görüşmüşük. O, bildirdi ki, bu gün saat 10-dan Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə  müraciət edib. Bildirib ki, aclıq aksiyasına başlayıb.  O dedi ki, keçən dəfə 14 günlük aclıq etmişdi. Bədəni hələ də tam bərpa olunmadan yenidən aclıq edir.”

Vəkil Bəxtiyar Hacıyevın səhhətində problemlərin yarandığının  hiss olunduğunu deyib.

“Hiss olunurdu ki, ayaq üstə çox dayana bilmir. Başı fırlanır. Ayaqları əsir. Özünün qanunsuz həbs olunmasına etiraz olaraq aclıq edir. “ vəkil əlavə edib.

Zibeydə Sadıqova Bəxtiyar Hacıyevin aclıq aksiyasını sona qədər edəcəyini bildirib.

“O, aclığı dayandırmaq fikri yoxdur. Keçən dəfə aclığı dayandırmışdı. Ümid edirdik ki, onun qanunsuz həbsinin qarşısı alınacaq və ədalətli qərarlar qəbul olunacaq. Çox təəssüf ki, o məhkəmədən bunu görmədi.

Mən və digər vəkil israr etdik ki, o aclığı dayandırsın. Lakin bildirdi ki, o aclığı dayandırmayacaq Nahaq yerə ondan bunu istəməyək. Aclığı axıra qədər davam etdirəcək”, – deyə vəkil bildirib.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev həsbdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi növbəti dəfə həbsindən verdiyi şikayəti təmin etmədikdən sonra Hacıyev aclığı bərpa edib.

Previous Post

Bakhtiyar Hajiyev has health problems

Next Post

Human rights situation in Azerbaijan has not improved in 2022 – HRW

Start typing to see posts you are looking for.