[vc_row][vc_column][vc_column_text]Bakı Apellyasiya Məhkəməsi “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib. Bu barədə onun xanımı Lamiyə Orucova bildirib.
O xatırladıb ki, mart ayında məhkəmə Orucovun ilkin həbs müddətini daha 2 ay uzadıb. Lakin məhkəmə öz qərarını heç cür əsaslandırmayıb.
“Noyabrın 1-dən Əziz Orucovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb”, – Lamiyə Orucova deyib.
Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikintidə ittiham edilərək üç ay müddətinə həbs edilib. Lakin dekabrın 19 – da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Martın 19-da məhkəmə həbs müddətini daha 2 ay uzadıb.
2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv edib.
* “Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov dekabrın 22-də saxlanılıb və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ilə üç ay müddətinə həbs edilib.[/vc_column_text][/vc_column][/vc_row]