Bakı məhkəməsi müxalifətçini 5 il müddətinə azadlıqdan məhrum edib

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunub. Bu barədə onun vəkili Nemət Kərimli bildirib.

İş üzrə digər iki müttəhim – Yusif Əliyev və Vəfadar Axundov şərti cəza alıblar.

Bundan əvvəl prokuror Əliyevin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Müxalifətçi ittihamları rədd edərək bildirib ki, siyasi motivlərlə saxta ittiham əsasında təqib edilir.

Onun vəkili həmçinin qeyd edib ki, məhkəmə Elxan Əliyevin törətdiyi cinayətlə bağlı günahını sübut etməyib. Məhkəmə obyektiv istintaq aparmayıb, hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxsin son sözlə çıxış etməsinə imkan verməyib.

* Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. O bildirib ki, müttəhimlər Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq “dələduzluq” ediblər.

Lakin Şükürov əvvəllər rieltor fəaliyyətilə məşğul olmuş Elxan Əliyevə israrla müraciət edərək ona torpaq sahəsi almasına kömək etməsini xahiş edib. Şükürova xəbərdarlıq edilib ki, həmin ərazidə mülkiyyət haqda sənəd yoxdur. Buna baxmayaraq, alıcı israr edib, deyib ki, mülkiyyət hüququnun qeydiyyatı məsələsini özü həll edəcək. Eyni zamanda, Şükürov əvvəlcədən beh ödəmədən, məbləği dərhal ödəyib.

Pullar Şükürova qaytarılsa da, məhkəmədə təqsirləndirilən şəxslərin cəzalandırılmasına israr edib.

Elxan Əliyevin barəsində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Hüquq müdafiəçiləri Elxan Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Court in Baku sentences oppositionist to 5 years of imprisonment

Next Post

The Court of Appeal rejected the complaint of Aziz Orujev

Start typing to see posts you are looking for.