Bakıda jurnalist öldürülüb

Fevralın 22-də saat 16:00 radələrində Bakı yaxınlığında (Balaxanı qəsəbəsi) 24 yaşlı reportyor-frilanser Əvəz Şıxməmmədov (Hafizli) bıçaqla qətlə yetirilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, qətli mərhumun əmisi oğlu Əmrulla Güləliyev törədib.

Mənbənin məlumatına görə, qatil sərxoş vəziyyətdə olub. O, 

ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

Qeyri-rəsmi məlumatlara görə mərhum qeyri-ənənəvi orientasiyaya malik idi və LGBTİ-nin hüquqlarını fəal şəkildə qoruyurdu.

Şıxməmmədov-Hafizli müxtəlif internet resursları və nəşrlərlə əməkdaşlıq edirdi. O, dəfələrlə jurnalistlərin müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında iştirak edib.

Previous Post

The court will consider Tofig Yagublu’s complaint against the Sabail Prosecutor’s Office

Next Post

Journalist killed in Baku

Start typing to see posts you are looking for.