“Baku steel company” şirkətinin keçmiş sahibi 14 il azadlıqdan məhrum edilib

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku steel company” metallurgiya müəssisəsinin keçmiş rəhbəri Rasim Məmmədovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 14 il azadlıqdan məhrum edib.

Hökm oxunmadan öncə Məmmədov bildirib ki, ittihamların ona aidiyyatı yoxdur. O, bəraət istəyib.

Noyabrın 22-də dövlət ittihamçısı Orxan Səmədov Məmmədovun bütün ittihamlar üzrə təqsirli bilinməsini və əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (yalançı sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə iqtisadi cinayətləri törətməkdə ittiham olunur.

Bu il fevralın 3-də Rasim Məmmədovu saxlamış Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Məmmədov bir neçə il ərzində 13 milyon manatdan çox pulu mənimsəyib, 42 milyon manatlıq məhsulu israf edib.

Bununla da müəssisənin maliyyə vəziyyətinə ciddi ziyan dəyib. Bundan əlavə, Məmmədov dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul vəsaitini mənimsəyib. İstintaqın yekunlarına əsasən Rasim Məmmədovun vurduğu ziyanın ümumi məbləği 185 milyon manat olub.

Previous Post

Former owner of Baku steel company sentenced to 14 years in prison

Next Post

The court again left Bakhtiyar Hajiyev in custody

Start typing to see posts you are looking for.