Beş müsəlman din xadimi saxlanılıb

“Azərbaycanın din xadimləri” ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov saxlanılıblar.

Onların hamısı maide.az saytı ilə əməkdaşlıq ediblər. Yaxınları bildiriblər, hamını oktyabrın 19-da axşam saat 16.00-dan 17.00-dək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıblar. Evlərdə axtarış aparılıb, kompüterlər və telefonlar götürülüb.

Bu gün səhər tezdən Şəfiyevlə Məmmədov sərbəst buraxılsalar da, bir neçə saatdan sonra onları yenidən saxlayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətindən şərh almaq mümkün olmayıb.

2017-ci ildə Masallıda  Cümə məscidinin imamı olan Babayev dini mərasimlərin aparılması tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Saxlanılanların hamısı şiədir. Onların saxlanmasının səbəblərinə gəlincə, çox  güman ki, hakimiyyət İranpərəst dairələrin mümkün fəallığının qarşısını alır.

Previous Post

Gender activist demanded punishment of rapist

Next Post

Five Muslim clerics detained

Start typing to see posts you are looking for.