Birləşmiş Millətlər Təşkilatının baş katibi Bakıya COP29 iqlim konfransına gəlib

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.

“Qlobal temperaturun rekord həddə çatdığı və ekstremal hava şəraitinin bütün dünyada insanların həyatına təsir etdiyi bir vaxtda hökumətlər, biznes və vətəndaş cəmiyyəti liderləri dövrümüzün bu vacib probleminə praktiki həll yolları tapmaq üçün bir araya gələcəklər”, – Bakıda keçirilən konfrans ilə bağlı Birləşmiş Millətlər Təşkilatının məlumatında deyilir.

COP29-da əsas diqqət maliyyələşdirmə məsələlərinə yönəldiləcək, çünki istixana effektinə səbəb olan qazların atmosferə atılmasının  radikal azaldılması, həyatı və yaşayış üçün vəsaitləri iqlim dəyişikliyinin getdikcə artan ağır təsirlərindən qorumaq üçün ölkələrə trilyonlarla dollar lazımdır.

Konfransda  mühüm hadisə ölkələrin iqlim dəyişikliyilə mübarizə üzrə yenilənmiş milli fəaliyyət planlarının təqdim etməsi olacaq, məlumatda deyilir.

Previous Post

UN Secretary General arrives in Baku for COP29 conference

Next Post

Pro-Palestine Protest at COP29 Conference

Start typing to see you are looking for.