Bloger Maqsud Mahmudov Ukraynada həbs edilib.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudov Ukraynada həbs edilib.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, Mahmudov 2020-ci il yanvarın10-dan Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) axtarışa verilib. 

O, Ukrayna ərazisində saxlanılıb və sentyabrın 18-də Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.

Previous Post

The trial  ion the case of animal  defenders

Next Post

Blogger Maksud Makhmudov was arrested in Ukraine.

Start typing to see posts you are looking for.