CPJ : Azərbaycanda yeni media qanunu mətbuata məhdudiyyətləri artırır

Azərbaycan hakimiyyəti mətbuata dövlət nəzarətini  gücləndirən yeni qəbul edilmiş media qanununu ləğv etməlidir.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi cümə axşamı yaydığı bəyanatda deyilir.

“Azərbaycanın yeni media qanunu qeyri-müəyyənliklər və ağır tələblərlə doludur və görünür, qəsdən ölkəni işıqlandıran azad medianın qalan son dayaqlarını hədəfə almağa hesablanıb.Prezident İlham Əliyev heç vaxt bu qanunu təsdiq etməməli idi və indi hakimiyyət onu ləğv etməli və heç vaxt mətbuat nümayəndələrinə qarşı istifadə edilməməsinə çalışmalıdır”. Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said deyib.

Təşkilat qeyd edir ki, çap mediasının, xəbər agentliklərinin və xəbər saytlarının fəaliyyətinin dayandırılması və bağlanması Azərbaycan məhkəmələri tərəfindən qərar veriləcək və prezident tərəfindən təyin olunan yeddi nəfərdən ibarət yeni Audiovizual Şura “audiovizual material”ı onlayn yayımlayanlarla bağlı işlərə nəzarət edəcək.

 “Qanun həmçinin “media orqanı” ifadəsini “media subyekti” ilə əvəz edir və bununla da hakimiyyət orqanlarına korporativ media qurumları ilə yanaşı fiziki şəxsləri də hədəf almağa imkan verir”deyə  məlumatda əks olunub.

CPJ şərh üçün Medianın İnkişafı Agentliyinə, parlamentə və Azərbaycan prezidentliyinin ofisinə e-poçt göndərib, lakin heç bir cavab almayıb.

Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi “Media haqqında” qanunu imzalayıb. Dövlət başçısı qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.

Qanun parlamentdə qəbul edildikdən sonra Dövlət Departamenti prezident Əliyevi onu hazırki formada imzalamamağa çağırmışdı.

Previous Post

Norwegian Helsinki Committee condemns Azerbaijani law “On Media”

Next Post

New Azerbaijan media law increases restrictions on the press

Start typing to see posts you are looking for.