Daha bir dini fəal saxlanılıb

“Müsəlman Birliyi” Hərəkatının üzvü Tərlan Seyidov aprelin 10-da gündüz Bakıda yolda saxlanılıb.

Seyidov ailəsi ilə gedərkən onu şəxsi avtomobilindən endiriblər. Mülki geyimli şəxslər azyaşlı uşaqlarının qışqırıqları və ağlama səsləri altında heç bir izahat vermədən Seyidovu aparıblar.

Dini fəalın həyat yoldaşı onun saxlanılmasını videoya çəkməyə müvəffəq olub.

Son günlər Azərbaycanda onlarla dini fəal və inanclı şəxs saxlanılıb.

Hökumətyönlü KİV-lərdə bu həbsləri “İranın casus şəbəkəsinin” ifşası kimi qələmə verilir.

Amma “Müsəlman Birliyi” Hərəkatından bildirirlər ki, saxlanılanların əksəriyyətinə qanunsuz narkotik dövriyyəsi ittihamı irəli sürülür.

Previous Post

Arrest of one more religious activist

Next Post

Scandal at the trial in the case of Avaz Zeynalli

Start typing to see you are looking for.