Daha bir şiə ilahiyyatçı saxlanılıb

“Hacı Cavad” məscidinin keçmiş axundu, şiə ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasım Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə – Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər. Bütün saxlanılan şəxslər İranyönlü hesab olunurlar.

Previous Post

The Observatory for the Protection of Human Rights Defenders calls on to release Elchin Mamed

Next Post

Another Shia theologian detained

Start typing to see posts you are looking for.