Dövlət orqanları Ələsgər Məmmədlinin həyatına yaranmış təhlükəyə məhəl qoymurlar

“Toplum” TV-nin təsisçisi, həbsdə olan Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər qalmaqdadır. Bu barədə o, bazar ertəsi qardaşı Nəsimi Məmmədli ilə telefon danışığı zamanı bildirib.

« Dünən   kamerasına gəlib ondan qan analizi götürüblər. Ələsgər orada şəraitin uyğun olmamasına etiraz edib. Amma  buna baxmayaraq, razılaşmağa məcbur olub”, – qardaşı qeyd edib.

Ələsgərin qalxanvari vəzində olan şiş əvvəlkitək ən ciddi problem  olaraq qalır.

“Hələ də bununla bağlı heç bir addım atılmayıb.Biopsiya edilməməsi  onun narahatlığını artırıb. Ola bilsin  bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər”,- Nəsimi Məmmədli deyib.

“Ümid edirik ki, aprelin 3-də Apellyasiya Məhkəməsi Ələsgərin həbsi barədə qərardan şikayəti təmin edəcək və o, həbsdən azad ediləcək”, – qardaşı fikrini yekunlaşdırıb.

*Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin  həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.

Previous Post

Government agencies ignore threats to the life of Alesker Mammadli

Next Post

Court refused to transfer Tofig Yagublu to house arrest

Start typing to see posts you are looking for.