Dövlət Departamenti Bakıda dinc etiraz aksiyasının zorla dağıdılmasına reaksiya verib

Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır. Bu barədə Turan-ın Amerika müxbiri məlumat verib.

“Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik”, deyə Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı Turan-ın mayın 14-də Bakıda dinc etiraz aksiyası zamanı zorakılıq haqqında sorğusuna cavabda bildirib.

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq”, deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Previous Post

State Department Reacts To The Violence during the Peaceful Protest in Baku

Next Post

STATEMENT BY THE INSTITUTE FOR REPORTERS’ FREEDOM AND SAFETY May 18, 2022

Start typing to see posts you are looking for.