Fəal Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən fəal  Elşən Kərimov  6 il azadlıqdan məhrum edilib. Bu barədə hökmü yanvarın 28-də Səbuhi Hüseynovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb.

Prokuror Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Fəal bu il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 281.1-ci maddəsilə  (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) cinayət işi başlanılıb.

Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimovu 3 ay müddətinə həbs edib.

Elşən Kərimov sosial şəbəkələrdə siyasi məhbusları – Azərbaycanda həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiyaların üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən yazılar dərc edib.

Previous Post

Activist Elshan Kerimov sentenced to 6 years of imprisonment

Next Post

The court rejected the complaint of F. Mehralyzade about inhuman treatment

Start typing to see you are looking for.