Fransa Xarici İşlər Nazirliyi Azərbaycanda jurnalistlərin həbsini pisləyir və onları azad etməyə çağırır

[vc_row][vc_column][vc_column_text]Fransa Xarici İşlər Nazirliyi martın 8-də bəyanat yayaraq, hakimiyyətin mediaya və ictimai fəallara qarşı repressiyalarını pisləyib.

“Fransa Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbslər dalğasından dərin narahatdır.

Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq.

Beynəlxalq Qadınlar Günündə biz Azərbaycan müstəqil jurnalistlərinin rolunu və cəsarətini yüksək qiymətləndiririk”, – bəyanatda deyilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Parisin bu ittihamlarını “əsassız” adlandırıb və onları “daxili işlərə müdaxilə” kimi qiymətləndirib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

French Foreign Ministry condemns arrests of journalists in Azerbaijan and calls for their release

Next Post

The court arrested Alasgar Mammadli and Ruslan Izzetli for 4 months

Start typing to see you are looking for.