Gəncədə müxalifətçi 6 il müddətinə mühakimə edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində böyük ölçüdə narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Hacıyevin işi üzrə proses başa çatıb.

Martın 31-də o, son sözlə çıxış edib, təqsirsiz olduğunu, cinayət işinin saxtalaşdırıldığını bildirib.

“İşdə yazılıb ki, mənim evimdəki şkafda narkotik aşkar edilib. Əslində isə oradan mənim noutbukumu götürüblər”, deyə Hacıyev bildirib.

O, saxlanıldıqdan sonra etirafedici ifadə verməsi məqsədilə işgəncələrə məruz qoyulduğunu deyib.

Hacıyevin vəkili Zabil Qəhrəmanov qeyd edib ki, Gəncə İstintaq Təcridxanasında onun bədənində zorakılıq izləri qeydə alınıb. Amma prokurorluq cinayət işi açmaqdan imtina edib.

Vəkil həmçinin məhkəmə istintaqının Hacıyevin təqsirini sübuta yetirmədiyini qeyd edib və müxalifətçiyə bəraət verilməsini xahiş edib.

Amma məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. Prokuror 7,5 il həbs cəzası istəmişdi.

Müdafiə tərəfi hökmlə razı deyil və apellyasiya şikayəti vermək niyyətindədir.

Hacıyev 26 noyabr 2021-ci il tarixində saxlanılıb və polis ona qarşı CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürüb. 

AXCP-dən bildiriblər ki, fəal siyasi motivlərlə təqib olunur. 

Hüquq müdafiəçiləri Hacıyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

The prosecutor asked to sentence the oppositionist to 7.5 years in prison

Next Post

Opposition member sentenced to six years in Ganja

Start typing to see posts you are looking for.