Gender fəalı təcavüzkarın cəzalandırılmasını tələb edib

Gender fəalı Gülnarə Mehdiyeva yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlının təcavüzə məruz qalması ilə əlaqədar çərşənbə axşamı təkbaşına aksiya keçirib.

Mehdiyeva “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldırıb.

Onun fikrincə, ölkə rəhbərliyi müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, deyə Mehdiyeva Facebook-da canlı yayımda bildirib.

Polis əməkdaşları plakatı fəalın əlindən alıblar və onu naməlum istiqamətə aparıblar.

DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. O, bölgədən uzaqlaşdırılıb və sərbəst buraxılıb.

Ötən həftə cinayətin qurbanının anası – yazıçı Zümrüd Yağmur bu cinayətdə bacısı oğlunu ittiham edib, onun qurbana narkotik içirdiyini iddia edib.

Yağmur bildirib ki, istintaq təcavüzkarı qorumaq üçün real araşdırma aparmayıb. Yağmurun çıxışı sosial şəbəkələrdə rezonans doğurub və fəallar Baş Prokurorluqdan obyektiv istintaq aparmağı tələb ediblər.

Cinayət qurbanının atası məşhur siyasətçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlıdır.

Dünən Baş Prokurorluq baş prokurorun bu işlə bağlı Yasamal rayon prokurorluğunda CM-in 149.2.3-cü maddəsi ilə açılmış cinayət işinin şəxsi nəzarətə götürdüyü barədə məlumat yayıb. Araşdırmanı davam etdirmək Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.

Prokurorluq KİV-dən bu cür həssas mövzuları işıqlandırarkən etik normalara və qanunvericiliyin tələblərinə riayət etməyi xahiş edir.

Previous Post

Bakhtiyar Hajiyev released from police

Next Post

Gender activist demanded punishment of rapist

Start typing to see posts you are looking for.