Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik haqqında iş üzrə ittiham olunan həmkarlar ittifaqı fəalı Ayxan İsrafilovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu CM-in 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiə tərəfi polis bölməsindəki videomüşahidə kameralarının görüntülərinə baxılması, habelə İsrafilovun üzərində narkotik vasitə olduğu haqqında məlumat verən mənbənin dindirilməyə çağırılması haqqında vəsatət qaldırıb. Lakin bu və digər vəsatətlər təmin olunmayıb.

Prokuror İsrafilovun 5 il müddətinə həbs edilməsini təklif edib.

Vəkil Fariz Namazlı son sözündə qeyd edib ki, İsrafilovun işi üzrə istintaq qanun pozuntusu ilə aparılıb, buna görə də o, məhkəmədə ona bəraət verilməsini istəyib.

İsrafilov özü həmkarlar ittifaqı çərçivəsində fəaliyyətinə görə təqib olunduğunu bildirib. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

* Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Ayxan İsrafilov 2023-cü ilin avqustunda həbs olunub. İsrafilov ittihamı qəti şəkildə rədd edib və həbsini kuryer xidməti işçilərinin hüquqlarının müdafiəsi üzrə ictimai fəaliyyəti ilə əlaqələndirib.

Previous Post

Trade union activist sentenced to 3 years in prison

Next Post

Сourt leaves Hafiz Babaly in custody

Start typing to see posts you are looking for.