Həmkarlar İttifaqı fəalının prosesində

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Afiəddin Məmmədovun işi üzrə iclasda onun məhkəmə heyətinə etirazı rədd edilib. Məhkəmə jurnalistlərin prosesin videosunu çəkməsilə bağlı vəsatəti təmin etmədikdən sonra etiraz fevralın 20-də əvvəlki iclasda elan edilib.
Sonra prosesdə ittiham aktı elan edilib, ona əsasən Məmmədov vətəndaş Hüseyn Səfərova ağır bədən xəsarəti yetirib. Məmmədov ittihamları rədd edib, onları öz ictimai və peşə fəaliyyətilə əlaqələndirib.
Növbəti məhkəmə iclası aprelin 9-na təyin edilib. İclasda Məmmədovun ifadələri dinləniləcək.
*Afiəddin Məmmədov sentyabrın 20-də öz evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Lakin Məmmədovun özü hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) maddələri).
Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) və 228.4-cü (qanunsuz silah dövriyyəsi) maddələrilə ittihamlar irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.
Hüquq müdafiəçiləri Afiəddin Məmmədovu siyasi məhbus kimi tanıyıblar.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The trial in the case of a trade union activist

Next Post

The Journalists’ Platform of the Council of Europe has initiated a request in the “Toplum TV” case

Start typing to see you are looking for.