Hüquq Müdafiəçilərini Müdafiə Observatoriyası E.Sadıqovu və Ə.Zeynallını azad etməyə çağırıb

Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatının (OMCT) birgə layihəsi olan Hüquq Müdafiəçilərini Müdafiə Observatoriyası vəkil Elçin Sadıqovu və jurnalist Əvəz Zeynallını azad etməyə çağırıb.

Observatoriyanın bəyanatında deyilir ki, Zeynallı 2012-ci ildə ədalətsiz hökmlə 9 il müddətinə azadlıqdan məhrum edilib və üç il həbsdə qalıb.

Zeynallı və Sadıqov sentyabrın 11-də külli miqdarda rüşvət almaqda və buna köməklikdə ittiham olunaraq həbs ediliblər.

Onlar ittihamları qəbul etməyiblər və bunu peşə fəaliyyətləri ilə əlaqələndiriblər.

Previous Post

Observatory for the Protection of Human Rights Defenders called for release of E.Sadygov and A.Zeynally

Next Post

The court replaced Elchin Sadigov’s “arrest” with “house arrest”

Start typing to see you are looking for.