Hüseyn Məlik inzibati qaydada həbs olunub

[vc_row][vc_column][vc_column_text]Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlik inzibati qaydada həbs olunub. Bu barədə Turana partiyadan məlumat verilib.

Bildirilib ki, H.Məlik günorta saatlarında saxlanılıb: “Hüseyn bəyi 41-ci polis bölməsinə aparıblar. Buna səbəb güya onun Tofiq Yaqublunun postuna yazdığı şərhi olub. Daha sonra Hüseyn bəyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci  maddələri ilə 30 sutka müddətinə həbs ediblər. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb”.

ADR-dən qeyd ediblər ki, H.Məlikin səhhətində ciddi problemlər var: “O, ağır ürək əməliyyatını keçirib, diabetdən əziyyət çəkir”.

Partiyada fəalın həbsini “siyasi sifariş adlandırıblar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Huseyn Melik was arrested for 30 days

Next Post

Hearings on political prisoners in Azerbaijan were held within PACE session framework

Start typing to see you are looking for.