
Bəxtiyar Hacıyev sərbəst buraxılıb. Bu barədə özü bildirib.
* * *
İctimai fəal Bəxtiyar Hacıyev yenidən saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bazar ertəsi axşam bildirib.
Oktyabrın 18-də Hacıyev Facebook səhifəsində yazıb ki, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Fəalın bildirdiyinə görə, artıq bir neçə aydır ki, hüquq-mühafizə və məhkəmə orqanları ona qarşı “mənəvi terror” kampaniyası aparırlar.
Səfərovun məlumatına görə, Hacıyev aksiya yerinə gedərkən yolda saxlanılıb. “Hazırda Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsindədir “, – Səfərov bildirib.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.