İctimai fəal Məhəddin Orucov 30 sutka həbs edilib

[vc_row][vc_column][vc_column_text]İctimai fəal Məhəddin Orucov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Oktyabrın 18-də axşam onu Suraxanı rayonu 32-ci polis bölməsinin əməkdaşları saxlayıblar. Polis onun saxlanmasına səbəb kimi sosial şəbəkələrdə Azərbaycan prezidentinin ünvanına yazdığı tənqidi şərhləri göstərib.

Ertəsi gün Suraxanı Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilərək 30 sutka inzibati həbs cəzasına məhkum edib.

Bununla yanaşı, məhkəmə onu 200 manat cərimələyib.

Polisdə fəala fiziki təzyiq göstərildiyi də bildirilir.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Yerli hüquq müdafiəçiləri fəalların sosial şəbəkələrdə tənqidi yazılarına görə inzibati həbs hallarının artmasına diqqəti çəkirlər.

Belə ki, oktyabrda Demokratiya və Rifah Partiyasının fəalı Hüseyn Məlik, Xalq Cəbhəsi Partiyasının üzvləri Kənan Zeynalov, Ramin Əhmədov və Orxan Baxışlı, həmçinin ictimai fəal Emin Axundov həbs edilib.

Hakimiyyət bu həbslərin siyasi motivli olduğunu inkar edir.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Public activist Mohaddin Orujev arrested for 30 days

Next Post

Two activists of Party of People’s Front of Azerbaijan (PPFA) arrested under administrative procedure

Start typing to see you are looking for.