İctimai fəal Fuad İsmayılov 1 ay müddətinə həbs edilib

Yanvarın 31-də Bakının Nizami rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə ictimai fəal Fuad İsmayılovu bir ay inzibati həsbə məhkum edib. Məhkəmə Fuad İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə günahlı bilib.

İctimai fəal Fuad İsmayılov yanvarın 29-da saxlanılıb.

Onun saxlanılması yanvarın 28-də küçədə asılmış Türkiyə bayrağını endirəndən sonraya təsadüf edir. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, İsmayılov küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və  bayraq yerə düşür.

Hüquq müdafiəçisi Fikrət Cəfərli bu gün polis bölməsində İsamyılovla görüşüdən sonra deyib ki, Fuad İsmayılov məlum hərəkətini şüurlu şəkildə etdiyini bildirib.

“O bu hərəkəti şüurlu şəkildə edib və səbəbini də belə izah etdi. Fuad bəy Azərbaycan və Türkiyə bayraqları arasında fərq görmədiyini, hər ikisini doğma saydığını bildirdi. Səbəbini də belə göstərdi ki, özü qəsdən cəmiyyətin bir sıra ciddi problemlərə diqqətini çəkmək üçün bu hərəkəti edib. Fuadın sözlərinə görə, Suraxanıda elə bir fahişəxana, gecə barı və qumarxana yoxdur ki, hər iki dövlətin bayrağı asılmasın. Bütün bunlar da uşaqların, qadınların, yaşlı insanların gözü qarşısında baş verir. O bunlara etiraz etmək üçün uyğun yer seçərək bu addımı atıb ki, cəmiyyət də münasibət bildirsin. Amma təəssüf ki, cəmiyyət əks reaksiya verib,” Cəfərli qeyd edib.

Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inizbati həbsə məhkum edilib.

O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq “Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red.) yazdığına görə saxlanıldıqdan sonra ictimai diqqətə gəib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Previous Post

Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBT people

Next Post

Public activist Fuad Ismayilov arrested for 1 month

Start typing to see posts you are looking for.