IFJ və EFJ Azərbaycanda həbs olunan jurnalistləri azad etməyə çağırıblar

[vc_row][vc_column][vc_column_text]Beynəlxalq və Avropa Jurnalistlər federasiyaları (IFJ və EFJ) Azərbaycanda media nümayəndələrinin həbsindən narahatlığını bildirib.
Sənəddə qeyd olunur ki, 2023-cü ilin noyabrından 10 jurnalist saxlanılıb və həbslər son günlər də davam edib.
Deyilir ki, yanvarın 13-də Abzas Media saytının müxbiri Elnarə Qasımova məhkəmənin qərarı ilə qaçaqmalçılıq ittihamı üzrə 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib.
İki gün sonra xəbər JAMNews jurnalisti Şahin Rzayev “xırda xuliqanlıq”da ittiham olunaraq həbs edilib və 15 gün inzibati həbs cəzasına məhkum edilib (ertəsi gün Apellyasiya Məhkəməsi onun həbs cəzasını pul cəriməsilə əvəz edib və jurnalisti sərbəst buraxıb, qeyd Turan).
“2023-cü ilin noyabr ayı hökuməti tənqid edən araşdırmaçı nəşrlərə və jurnalistlərə, habelə iki fəala və bir müxalifətçi siyasətçiyə qarşı uydurma ittihamlarla repressiyaların başlanğıcı oldu”, IFJ-EFJ-nin bəyanatında deyilir.
Hücumlara məruz qalan media təşkilatları arasında əsasən Abzas Media. Nəşr insan hüquqları sahəsində araşdırmalarla məşğul olur, sənəddə vurğulanır.
Nəşrin direktoru Ülvi Həsənli, Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı və daha üç jurnalistin qaçaqmalçılıq ittihamları ilə həbs edildiyi qeyd olunur.
IFJ – EFJ-nin bəyanatında deyilir:
“Əgər onlar “ölkəyə qanunsuz pul gətirmək üçün əlbirlik” ittihamı ilə təqsirli bilinərsə, onları səkkiz ilə qədər həbs təhlükəsi gözləyir”, – bəyanatda deyilir.
Kanal-13 onlayn telekanalının rəhbəri Əziz Orucov və bu resursla əməkdaşlıq edən Şamo Eminov da eyni ittihamlarla həbs edilib. Bu kanalın daha bir jurnalisti Rüfət Muradlı inzibati qaydada 30 sutka həbs edilib (o, artıq azadlıqdadır, qeyd Turan).
IFJ və EFJ baş katibləri Entoni Bellanjer və Rikardo Quterres Azərbaycan hakimiyyətini həbs edilmiş bütün jurnalistləri azad etməyə və uydurma ittihamları onların üzərindən götürməyə çağırıblar.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

IFJ and EFJ called for the release of journalists arrested in Azerbaijan

Next Post

The trial in the case of trade union activist Afiyaddin Mammadov

Start typing to see you are looking for.