İki reket “jurnalist” saxlanılıb

Güc strukturlarının əməkdaşları vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edərkən Sənan Abdullayev və İlqar Atayevi cinayət başında yaxalayıb.

Baş Prokurorluğun məlumatına deyilir ki, saxlanılanlar özlərini “jurnalist” kimi təqdim ediblər.

Saxlanılanlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi çərçivəsində məsuliyyətə cəlb ediliblər.

İstintaq hesab edir ki, Sənan Abdullayev Yutub üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yayıblar. Bu zaman həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb ediblər.

Abdullayev və avqustun 10-da aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Previous Post

Relatives of the defendants in the “Ganja case” held another protest action

Next Post

Two “journalists” – racketeers detained

Start typing to see posts you are looking for.