İmran Əliyevin həbs müddəti 2 ay uzadılıb 

İyunun 13-də Bakının Xətai Rayon Məhkəməsi istintaq orqanının “Meclis.info” saytının təsisçisi İmran Əliyevin həbs müddətinin 2 ay 7 gün uzadılması haqqında təqdimatını təmin edib. Bu barədə onun yaxınları məlumat veriblər. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, Abzas Media-nın işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə cəlb olunub. Sonradan Əliyevin işi ayrıca icraata ayrılıb.

Əliyev özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevin təqibini pisləyiblər və ona qarşı cinayət işini Azərbaycan parlamentinin və deputatlarının işinin monitorinqini aparan Meclis.info saytının fəaliyyəti ilə əlaqələndiriblər.
Previous Post

The term of Imran Aliyev’s arrest has been extended for two months

Next Post

Court of Appeal leaves journalist in custody

Start typing to see you are looking for.