[vc_row][vc_column][vc_column_text]Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanda müstəqil KİV-ə və tənqidi səslərə qarşı hazırkı repressiya dalğasından narahatdır.
« Son 25 gündə ən azı 11 jurnalist və hüquq müdafiəçisi öz fikirlərini qanuni ifadə etdiklərinə görə şübhəli və əsassız ittihamlarla həbs edilib.
Bu hadisələr 7 fevral 2024 – cü il tarixli növbədənkənar prezident seçkilərində Azərbaycan mediasına və narazı səslərə narahatedici hücumdur”, – məlumatda deyilir.
Təşkilat Azərbaycan hakimiyyətini yeni həbs olunanlara qarşı cinayət işlərinə son qoymağa və onları dərhal azad etməyə çağırır.
« Biz Azərbaycan hakimiyyətini çağırırıq:
– beynəlxalq hüquq üzrə öhdəliklərinə riayət etməyə və ittihamları dərhal ləğv etməyə, həbs edilmiş hüquq müdafiəçilərini və jurnalistləri azad etməyə;
– həbsdə olanların peşəkar tibbi yardıma çıxışını təmin etməyə;
– saxlanılanların öz ailələri və vəkillərilə ünsiyyətinə, o cümlədən telefonla əlaqə saxlamasına icazə verməyə;
– saxlanılanlara qarşı amansız rəftar və işgəncə hallarını operativ və hərtərəfli araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə;
– öz fikrini sərbəst ifadə etməyə icazə verməyə, jurnalistlərin və vətəndaş fəallarının fəaliyyətini repressiyalardan qorumağa;
– ifadə azadlığının sıxışdırılmasına son qoymağa, azad vətəndaş məkanı üçün əlverişli mühit yaratmağa”, – bəyanatda deyilir..
* Norveçdə fəaliyyət göstərən “İnsan Hüquqları Evi” Fondu Avropanın bir çox insan hüquqları təşkilatlarını birləşdirir.[/vc_column_text][/vc_column][/vc_row]