İşçi Masası Həmkarlar Konfederasiyasının koordinatoru Afiəddin Məmmədovun saxlanıldığı bildirilir

[vc_row][vc_column][vc_column_text]İşçi Masası Həmkarlar Konfederasiyasının koordinatoru Afiəddin Məmmədovun saxlanıldığı bildirilir.

Təşkilatdan bildirilib ki, A.Məmmədov sentyabrın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb: “Evin yanında bir nəfər özünü bıçaqlayaraq bıçağı Afiəddinin üstünə atdı. Dərhal peyda olan polislər Afiədfini saxlayaraq apardı”.

Təşkilatdan qeyd olunub ki, bu A.Məmmədovun fəaliyyəti ilə bağlıdır və təxribatdır.

Sentyabrın 20-də digər ictimai fəal Nemət Abbasov da saxlanılıb. Onun Dövlət Təhlükəsizliyi Xidməti saxladığı, sonra isə o, Nərimanov Rayon 17-ci polis bölməsinə aparıldığı deyilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Trade union activist Afiyaddin Mammadov detained

Next Post

ECHR obliges Baku to provide G.Ibadoglu with normal examination

Start typing to see you are looking for.