İstintaq “Kanal 13″ü bağlamağa çalışır

[vc_row][vc_column][vc_column_text]Dekabrın 11-də Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” internet TV-nin bağlanması haqqında qərar qəbul edib. Bu barədə mətbuata kanalın həbs edilmiş rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.
Onun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmənin iclası müdafiə tərəfin və kanalın nümayəndələrinin xəbəri olmadan keçirilib. Öz növbəsində, Səbail Rayon Məhkəməsinin bu qərarının təsdiqini almaq mümkün olmayıb.
Lakin problem ondadır ki, “Kanal 13″ün öz saytı yoxdur və bütün videolar birbaşa YouTube-da yerləşdirilir. Bu kanala çıxışın bağlanması ümumilikdə YouTube-a çıxışın bağlanması deməkdir.
Məhkəmənin qərarından 12 gün keçməsinə baxmayaraq, “Kanal 13″ün videolarına sərbəst şəkildə daxil olmaq mümkündür.
Xatırladaq ki, Əziz Orucov nobayrın 27-də “qanunsuz tikinti” ittihamı ilə həbs edilib. Bir neçə gün sonra ona qarşı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qərb donorları tərəfindən qanunsuz maliyyələşmə nəzərdə tutulur.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The investigation is trying to block “Kanal 13”

Next Post

The Court of Appeal rejected all complaints of Hafiz Babali and other participants in the “Abzas Media case”

Start typing to see you are looking for.