[vc_row][vc_column][vc_column_text]Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
“Toplum” TV-dən Turan-a bildiriblər ki, onu yoldan aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov Turan-a bildirib ki, Cavid Ramazanov istintaq orqanına dəvət olunub. “Cinayət işi üzrə istintaqa dəvət olunub. Suallar var, həmin suallar aydınlaşdırılır. Onun barəsində həbs növündə olmayan digər qətimkan var. İstintaq çərçivəsində dəvət olunub”, – o deyib.
Qeyd edək ki, bu iş üzrə 7 nəfər həbs edilib, 2 nəfər polisin nəzarətinə verilib.[/vc_column_text][/vc_column][/vc_row]