Jurnalistləri Müdafiə Komitəsi Vəli Şükürzadəni azad etməyə çağırıb

Azərbaycan hakimiyyəti fotojurnalist Vəli Şükürzadəni azad etməli və mətbuat nümayəndələrinə qarşı uydurma ittihamların irəli sürülməməsini təmin etməlidir. Bu barədə çərşənbə günü Beynəlxalq Jurnalistləri Müdafiəsi Komitəsinin bəyanatında deyilir.

Fevralın 4-də axşam Bakının Yasamal rayonunda polis bir neçə KİV ilə çalışan fotojurnalist Şükürzadəni saxlayıb, Komitənin məlumatında deyilir.

O, xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunub, fevralın 5-də isə rayon məhkəməsi onu 30 sutka inzibati həbs cəzasına məhkum edib.

Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

“Şükürzadənin barəsində uydurma ittihamlarla hökm və onun işində ciddi pozuntular dərin narahatlıq doğurur, tam və şəffaf araşdırma tələb edir”,- Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gülnoza Said bildirib.

“Azərbaycan hakimiyyəti Şükürzadəni azad etməli və mətbuat nümayəndələrinin saxta təqib qorxusu olmadan öz işlərini sərbəst yerinə yetirmələrini təmin etməlidir”, –  o qeyd edib.

Yerli KİV bildirib ki, jurnalist dövlət məmurunun avtomobililə maraqlanıb, məhz bu, onun həbsinə səbəb olub. Komitənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə göndərdiyi elektron məktublar cavabsız qalıb.

Previous Post

The Committee to Protect Journalists called for the release of Veli Shukurzade

Next Post

ECHR declares illegal freezing of NGO bank accounts in Azerbaijan

Start typing to see you are looking for.