Jurnalistləri Müdafiə Komitəsi prezident İlham Əliyevi media haqqında qanunu ləğv etməyə və jurnalistləri həbsdən buraxmağa çağırıb

Jurnalistləri Müdafiə Komitəsi  Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək mətbuat azadlığının müdafiəsini və jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Komitə həmçinin iki jurnalistin – Polad Aslanov və Əfqan Sadıqovun həbs azad edilməsinin vacibliyini qeyd edir.

Fevralın 22-də Komitənin icraçı direktoru Robert Mahoni prezident Əliyevə müraciət ünvanlayıb. Müraciətdə “Azərbaycanda mətbuat azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlərin artması ilə bağlı narahatlıq ifadə olunub”.

Müraciətdə qeyd olunur ki, fevralın 8-də Əliyevin imzaladığı “Media haqqında” qanun xəbər saytlarının bağlanması və bloklanması üçün əsasları xeyli genişləndirir, habelə tanınmış KİV-lər üçün məhdudlaşdırıcı dövlət reyestrini müəyyən edir.

“Qanun qeyri-müəyyənlik və ağır tələblərlə doludur. Görünür, qəsdən ölkəni işıqlandıran azad KİV-in qalan son istinadgahlarının qəsdən məhv edilməsi üçün nəzərdə tutulub”, – müraciətdə deyilir.

Komitə bu qanunu ləğv etmək üçün addımlar atmağa, həmçinin ondan heç vaxt mətbuat mənsublarına qarşı istifadə olunmamasının təmin edilməsinə çağırır.

Məktubda öz peşə fəaliyyətinə görə həbsdə olan jurnalistlər  Polad Aslanov və Əfqan Sadıqovun taleyindən  narahatlıq ifadə olunub:

“Müstəqil Xeberman и Press-az xəbər saytlarının baş redaktoru Polad Aslanov 2019-cu ilin iyunundan dövlətə xəyanət ittihamı ilə dəmir barmaqlıqlar arxasındadır. 2020-ci ilin noyabrında o 16 il müddətinə azadlıqdan məhrum edilib. Polad Aslanov uzun müddətdir xroniki ürək xəstəliyindən əziyyət çəkir və həbsdə olduğu müddətdə vəziyyəti daha da pisləşib”, -Komitə direktorunun Əliyevə müraciətində xüsusilə qeyd olunur.

“Uzun müddətdir ki, Aslanovun dişlərində problem var. Həmçinin revmatizm və digər xəstəliklərdən ciddi əziyyət çəkməsinə baxmayaraq, həbsxana rəhbərliyi ona müalicə olunmağa köməklik göstərməyib, ya da adekvat yardım göstərməyib”.

“Aslanov çəkisinin az olmasına baxmayaraq, ədalətsiz hökmə və həbsxana rəhbərliyinin kobud rəftarına etiraz olaraq 4 dəfə aclıq edib.

Aslanovun şikayəti üzrə Ali Məhkəmədə keçiriləcək dinləmələr fevralın 24-nə təyin edilib: “Bu tarix Azərbaycan hakimiyyəti üçün ədalətsizliyi düzəltmək və nəhayət, Aslanova qarşı ittihamları dərhal və qeyd-şərtsiz ləğv etmək üçün yaxşı fürsətdir”, – Komitə hesab edir.

Müstəqil “Azel” TV saytının baş redaktoru Əfqan Sadıqov 2020-ci ilin mayından zorla tələb etmək  ittihamı ilə həbsdədir.  “Elə həmin il 7 il həbs cəzasına məhkum edildikdən sonra Sadıqov 241 günlük aclığa başlayıb. Ancaq ötən ilin iyulunda Ali Məhkəmə onun cəzasını 4 ilə endirdikdən sonra aclığı dayandırıb. Aclıq zamanı Sadıqovun böyrək və ağciyərlərində ciddi problemlər yaranıb. O,  kiloqrama qədər (104 funt) çəki itirib, hətta qısa müddətə komaya düşüb. Aclıq  zamanı yaranan ağciyər problemlərilə əlaqədar  son 7 aydır ki, Penitensiar Xidmətin xəstəxanasında müalicə olunur”, – müraciətdə deyilir.

Sonda Komitə İlham Əliyevi “Media haqqında” qanunu ləğv etməyə, Polad Aslanov və Əfqan Sadıqovun azaldığa buraxılmasına yardımçı olmağa, jurnalistlərin təhlükəsiz işini təmin etməyə çağırır.

Previous Post

Journalist killed in Baku

Next Post

CPJ calls on Ilham Aliyev to repeal media law and release journalists from prisons

Start typing to see posts you are looking for.