“Kanal 13” İnternet TV rəhbərinin həbs müddəti daha bir ay uzadılıb

[vc_row][vc_column][vc_column_text]”Kanal 13″ İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay – martın 27-dək uzadılıb. Bu qərarı bu gün Səbail Rayon Məhkəməsi qəbul edib. Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov bildirib.
Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və apellyasiya şikayəti vermək niyyətindədir.
“Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir”, – vəkil deyib.
* Orucov ötən il noyabrın 27-də saxlanılıb və 188.2-ci maddə (qanunsuz tikinti) ilə ittiham edilib. Növbəti gün məhkəmə onu üç ay müddətinə həbs edib.
Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir.
Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The term of arrest of the director of “Kanal 13” has been extended for another month

Next Post

The European Court of Human Rights fined the Azerbaijani government 24 thousand euros

Start typing to see you are looking for.