Məhkəmə Əvəz Zeynallının prokurorluğa qarşı iddiasını təmin etməyib

Noyabrın 4-də Binəqədi rayon məhkəməsində jurnalist Əvəz Zeynallının istintaq müddətində ona görüş və telefon danışıqlarını qadağan edən Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətinə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyevin Turan-a verdiyi məlumata görə, istintaq orqanının nümayəndəsi “bunu istintaq sirrinin yayılması ehtimalı” ilə əsaslandırıb.

Müdafiə tərəfi Əvəz Zeynallı ilə bağlı heç bir istintaq hərəkəti aparılmadığı üçün bu arqumentlərin əsassız olduğunu qeyd edib. İkincisi, ailə üzvləri ilə telefon söhbəti və görüş hüququna qanunla zəmanət verilib.

Vəkil həmçinin şəkərli diabetdən əziyyət çəkən və gözündən əməliyyata ehtiyacı olan Zeynallının səhhətindəki problemlərə diqqət çəkib.

Bununla belə, məhkəmə Əvəz Zeynallının iddiasını təmin etməyib.

* Xatırladaq ki, vəkil Elçin Sadıqov və “Xural TV” qəzetinin təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət alma ittihamı ilə saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək (nüfuz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Previous Post

Court did not satisfy Avaz Zeynally’s claim against prosecutor’s office

Next Post

Cases of 11 defendants in “Terter case” were returned to the prosecutor’s office

Start typing to see you are looking for.