Məhkəmə Bəhruz Səmədovun mənzilində qanunsuz axtarış aparılması ilə bağlı şikayətini təmin etməyib

Sentyabrın 5-də Bakının Səbail Rayon Məhkəməsi tədqiqatçı Bəhruz Səmədovun mənzilində axtarış aparılması ilə bağlı şikayətini təmin etməyib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Səmədov məhkəmə zalına aparılarkən “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı!” şüarları səsləndirib.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, Səmədovun mənzilində məhkəmə qərarı olmadan axtarış aparılıb. Müdafiə tərəfi məhkəmədən axtarış protokolunu qanunsuz hesab etməyi və müsadirə edilmiş əşyaları qaytarmağı xahiş edib. Lakin məhkəmə şikayəti təmin etməyib. Vəkil apellyasiya şikayəti verəcək.

Avqustun 21-də Səmədovun mənzilində axtarış zamanı onun kompüterləri, telefonları, sertifikatları və kitabları müsadirə edilib.

Səmədov avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib.

Aİ və bir sıra beynəlxalq QHT-lər pasifist baxışları ilə məşhur olan Səmədovun təqibini pisləyib. O, həmçinin Qərb KİV-lərində və analitik nəşrlərdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidi məqalələr və şərhlər dərc etməsi ilə məşhurdur. Səmədov OC Media  nəşrinin və https://bakuresearchinstitute.org/ müəllifidir.

Previous Post

On September 5, the Sabaill District Court of Baku on rejected Bahruz Samadov’s appeal regarding the unlawful search of his apartment

Next Post

Court extends detention of “Abzas Media” journalist Elnara Gasimova

Start typing to see you are looking for.