Məhkəmə həmkarlar ittifaqı fəalını ev dustaqlığına keçirməkdən imtina edib

[vc_row][vc_column][vc_column_text]Bu gün Xətai Rayon Məhkəməsi “İşçi Masası” müstəqil həmkarlar ittifaqı konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

Məmmədov sentyabrın 20-də evinin önündə naməlum şəxs ona hücum etdikdən sonra saxlanılıb. Lakin Məmmədov özü həmin naməlum şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub.

Noyabrın 21-də axşam Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Məmmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə) və 126.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrlə o, 8 ilədək azadlıqdan məhrum edilə bilər. Gənc ittihamları təkzib edib və ictimai və həmkarlar ittifaqı fəaliyyəti ilə əlaqələndirib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court refused to transfer the trade union activist to house arrest

Next Post

Bodyguard of the PPFA head was arrested

Start typing to see you are looking for.