Məhkəmə Hafiz Babalını 3 ay müddətinə həbs edib

[vc_row][vc_column][vc_column_text]Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də araşdırmaçı jurnalist Hafiz Babalını istintaq dövrü üçün – 3 ay müddətinə həbs edib.
Vəkili Rəsul Cəfərovun jurnalistlərə verdiyi məlumata görə, iclasda Babalı qaçaqmalçılıq ittihamlarını təkzib edib, cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib. Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti verəcək.
Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media-nın jurnalistlərinə qarşı iş üzrə istintaqa cəlb edilib.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court arrested Hafiz Babaly for three months

Next Post

Search of Tofiq Yagublu’s apartment

Start typing to see you are looking for.