Məhkəmə Hafiz Babalının Qafqazinfo.az-a qarşı iddiasına baxacaq

Bakının Nərimanvo Rayon Məhkəməsi Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az internet nəşrinə qarşı iddia ərizəsini baxış üçün qəbul edib. İş üzrə hazırlıq iclası aprelin 2-də başlayıb. Vəkil Rəsul Cəfərov jurnalistin prosesdə şəxsən iştirakının təmin edilməsi haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası mayın 7-nə təyin edib.

Cavabdehin nümayəndəsi prosesdə iştirak etməyib.

İddia 2023-cü il dekabrın 28-də Qafqazinfo.az saytında “Hafiz Babalının işi üzrə yeni təfərrüatlar” məqaləsinin dərc edilməsi ilə əlaqədar verilib.

İddiaçı hesab edir ki, məqalədə araşdırmaçı jurnalist kimi Babalının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən böhtan və tənqir xarakterli məlumatlar yer alır.

Xüsusən, məqalədə iddia olunur ki, “”Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb”.

İddiada bu, “böhtan” adlandırılıb, çünki Babalı xarici təşkilatların və fondların sifarişi ilə araşdırma aparmayıb və onların sifarişi ilə məqalələr dərc etməyib.

Onun araşdırmaları jurnalist fəaliyyətinin bir hissəsi olub və bu fəaliyyət çərçivəsində həmişə etik prinsiplərə və jurnalistika normalarına riayət olunub.

Bundan başqa, araşdırmalar və dərc olunan məqalələrlə bağlı heç kim iddia irəli sürməyib, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib olunmayıb və ya məhkəmədə mübahisələndirilməyib.

İddiaçı həmçinin “Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin də cəlb edildiyi” haqqında iddianı da böhtan hesab edir.

Babalı dərc edilmiş böhtan xarakterli iddiaların təkzib olunmasını, ondan üzr istənilməsini və 9900 manat öllçüsündə təzminat ödənilməsini, redaksiyanın üzrəinə iddia ilə bağlı 119 manat ölçüsündə məhkəmə xərclərini ödəmək öhdəliyi qoyulmasını tələb edir.

Turan-a Babalının qeyd edilən nəşrlərdə istintaq sirri təşkil edən məlumatların da əksini tapdığı haqqında ərizəsi daxil olub.

Xüsusən, guya Babalıya araşdırma aparmağı sifariş edən “Berlin Risk Advisors” şirkəti haqqında məlumatlar.

O, dekabrın 13-də ikitərəfli müqavilə əsasında “Berlin Risk Advisors” ilə əməkdaşlıq etdiyi haqqında istintaqa özü məlumat verib. Bunun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yox idi. Bu müqavilə açıq deyildi, buna görə KİV bu barədə yalnız istintaqdan məlumat ala bilərdi ki, bununla da istintaq  əslində “cinayət törədib”.

KİV-dəki nəşrlərdə adları çəkilən digər təşkilatlar Babalıya tanış deyil və onun başqa xarici təşkilatlarla maliyyə və peşə əməkdaşlığı olmayıb.

Previous Post

The court will consider Hafiz Babaly’s claim against Qafqazinfo.az

Next Post

Reporters Without Borders (RSF) condemns the arrests of five more journalists in Azerbaijan

Start typing to see posts you are looking for.