[vc_row][vc_column][vc_column_text]Bakının Xətai Rayon Məhkəməsi Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmə iclasında Əliyev fiziki təzyiqdən şikayətlənib. Əliyevin yaxınları Turan-a bildiriblər ki, o elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.
Yaxınlarının sözlərinə görə, onu müəyyən etiraflara imza atmasını və vəkildən imtina etməsini tələb edərək döyüblər. Döyülmə hava limanından polis bölməsinə gedərkən avtomobildə başlayıb və sonda da davam edib.
Yaxınları məhkəmədə onun sifətindəki döyülmə və işgəncə izlərini görüblər.
Müdafiə tərəfi həbs qərarından apellyasiya məhkəməsinə şikayət edir.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]