Məhkəmə jurnalist Müşfiq Cabbarı həbsdə saxlayıb

Oktyabrın 30-da Xətai Rayon Məhkəməsində “Toplum” TV işi üzrə həbs edilmiş jurnalist Müşviq Cabbarın ilkin həbsinin ləğvi barədə vəsatətə baxılıb. Bu barədə Turan-a onun vəkili Nazim Musayev bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Cabbarın həbs edilməsi barədə qərarın ləğvi  barədə vəsatət qaldırıb, çünki onun ittiham olunduğu əməllərlə heç bir əlaqəsi yoxdur.

Lakin vəsatət təmin edilməyib. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polisin nəzarətinə verilib. İş üzrə müttəhimlər ittihamları rədd edirlər.

Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar, beynəlxalq təşkilatlar onların azad edilməsinə çağırıblar.

Previous Post

A Court Has Ordered the Continued Detention of Journalist Mushvig Jabbar

Next Post

‘NIDA’ activist Mete Türksoy arrested

Start typing to see you are looking for.