Məhkəmə müxalifətçini vaxtından əvvəl azad etməkdən imtina edib

August 6th, 2021

Bakının Xaçmaz rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevi (Əlizamin Salayev) həbs cəzasının yarısından çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, məhkəmə işə on-layn rejimdə baxıb. Salayev məhkəməyə bildirib ki, 4 gündür ona tibbi yardım göstərilməməsinə etiraz əlaməti olaraq aclıq edir, son iki gündür sudan da imtina edir.

Salayev ürək çatışmazlığından əziyyət çəkir və isti hava şəraitində onun vəziyyəti pisləşib, amma onu həbsxana xəstəxanasına yerləşdirməkdən imtina edirlər. Bundan başqa, vəkili onun yanına buraxılmır.

Vəkil məhkəmənin bugünki qərarından apellyasiya şikayəti verəcək.

Fəalın oğlu Oqtay Salayev də bildirib ki, atası aclıq edir, amma Ombudsman Aparatı və Penitensiar Xidmət bunu inkar edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-ın müxbirinə bildiriblər ki, Salayevin aclıq etməsi haqqında yazılı müraciət daxil olmayıb. “Onun səhhətində problem yaranıbsa, müəssisədə həkim var və onunla məşğul olacaqlar”, deyə idarədən bildiriblər.

* Əlizamin Salayev 2020-ci il aprelin 20-də yerli polis zabitinin şikayəti əsasında Salyan Rayon Məhkəməsinin hökmü ilə “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. İddiaya Salayevin internetdə yaydığı, polislə söhbətində onu 21 yaşlı yerli sakini onunla birgə yaşamağa təhrik etməkdə ittiham etdiyi video səbəb olub.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

By TURAN