Məhkəmə Nərgiz Absalamovanın şikayətini təmin etməyib

[vc_row][vc_column][vc_column_text]Fevralın 9-da Bakının Sabunçu Rayon Məhkəməsi jurnalist Nərgiz Absalamovanın öz vəkilinə zəng etməsinə qadağa qoyulmasından şikayətini təmin etməyib.
Absalamova “Abzas Media” İnternet- nəşrinin pul qaçaqmalçılığı ittihamı ilə həbs olunan 6 jurnalistindən biridir.
Vəkil Şəhla Hümbətovanın sözlərinə görə, qadağanı İstintaq Təcridxanasının rəhbərliyi tətbiq edib, halbuki, istintaq orqanı jurnalistə ailə ilə görüşləri və əlaqəni qadağan edib.
Bugünkü məhkəmə iclası Absalamovanın iştirakı olmadan keçib.
* Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas-media”nın ofisində axtarış aparılıb və polis 40 min avro “tapıb”.
Həmin gün “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, dekabrın 13-də isə araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) ittiham irəli sürülüb. Onları 5 ildən 8 ilə qədər həbs təhlükəsi gözləyir.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini həbs olunan jurnalistləri dərhal azad etməyə və müstəqil KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court rejected Nargiz Absalamova’s complaint

Next Post

At the trial in the case of Avaz Zeynalli the floor was given to defense

Start typing to see you are looking for.