Məhkəmə Qubad İbadoğlunu 4 ay müddətinə həbs edib

Bu gün Nərimanov Rayon Məhkəməsi müxalifətyönlü siyasətçi, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə jurnalistlərə vəkil Zibeyd Sadıqova bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlu özünü günahkar saymır. Müdafiə tərəfi məhkəmənin həbs qərarından apellyasiya şikayəti verəcək. 0

İstintaq müxalifətyönlü siyasətçi Qubad İbadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədilə istehsal, habelə saxta pul və ya xarici valyutanın alınması və ya satılması) maddəsilə irəli sürülmüş ittihamı 204.3.1-ci maddəyə (eyni hərəkətlər mütəşəkkil qrup tərəfindən törədildikdə) tövsif edərək ağırlaşdırıb.

Previous Post

The court arrested Gubad Ibadoglu for 4 months

Next Post

The editor-in-chief and a retired colonel were arrested

Start typing to see you are looking for.