Məhkəmə Rail Abbasovu ev dustaqlığına keçirməkdən imtina edib

[vc_row][vc_column][vc_column_text]Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə vəkil Elçin Sadıqov işin qurama olduğunu, R.Abbasovun siyasi məhbus Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə həbs olunduğunu əsas gətirərək, onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib. Vəkil həmçinin məhkəmədən zərərçəkmiş səxslərin və şahidlərin barəsində cinayət işlərinin olması ilə bağlı Daxili İşlər Nazirliyinin reyestrində məlumatların olub-olmadığını müəyyənləşdirmək üçün DİN-ə sorğu göndərməyi xahiş edib.

Dövlət ittihamçısı məhkəmədən ev dustaqlığı ilə bağlı vəsatətin təmin olunmamasını, digər vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.

Zərərçəkmiş şəxs Əsgər Həziyev müdafiə tərəfinin vəsatətlərinin təmin olunmasını xahiş etsə də, məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatət isə baxılmamış saxlanılıb.

Növbəti proses aprelin 18-ə təyin olunub.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Court refused to transfer Rail Abbasov to house arrest

Next Post

The Court of Appeal has remanded Tofig Yagublu in custody

Start typing to see you are looking for.