Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina edib

Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a siyasətçinin qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

“Ata məhkəmədə bildirdi ki,  ittiham yalandır və siyasi hakimiyyətin sifarişidir. Dedi ki, onu hakimiyyəti tənqid etdiyinə görə təqib edirlər”, – Nigar Həzi deyib.

* Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
Previous Post

The court refused to transfer Tofig Yagublu to house arrest

Next Post

Court prolongs arrest term for Tofig Yagublu for another 20 days

Start typing to see you are looking for.