Məhkəmə Tofiq Yaqublunun həbs müddətini daha 20 gün uzadıb

İyunun 1-də Bakının Nərimanov Rayon Məhkəməsi istintaq orqanının Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması haqqında təqdimatını təmin edib, bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Yaqublunun həbs müddəti iyunun 11-də başa çatacaqdı, indi məhkəmənin qərarı ilə həbs müddəti 1 iyula qədər uzadılıb.

Maraqlıdır ki, Yaqublu barəsində ibtidai istintaq artıq yekunlaşıb.

Həbs müddətinin uzadılması onun işi üzrə məhkəmə təhqiqatının başlamasının gecikdirilməsi deməkdir.

* Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlama ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
Previous Post

Court prolongs arrest term for Tofig Yagublu for another 20 days

Next Post

Farid Mehralizadeh is another arrested in “Abzas media” case

Start typing to see you are looking for.