Məhkəmələr Tofiq Yaqublunu ev dustaqlığına keçirməyib

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakının Nərimanov Rayon Məhkəməsində həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, Tofiq Yaqublunun həbsdə saxlanılması üçün nə maddi, nə prosessual əsas yoxdur. “İttiham maddi dəlillərlə əsaslandırılmayıb”.
“Yaqublunun Bakıda daimi iş yeri var, o, cəmiyyətdə tanınan insandır, şəxsiyyəti ictimai təhlükə təşkil etmir, Qarabağ müharibəsi veteranıdır”, deyə Layıc bildirib.
Lakin məhkəmə vəsatəti təmin etməyib və müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Yaqublu özü həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib, artıq 4 dəfə həbs edildiyini qeyd edib.
* Yaqublu dekabrın 14-də saxta fırıldaqçılıq və saxta sənədlər hazırlama ittihamları ilə həbs edilib.
Əvvəllər siyasətçi dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court did not transfer Tofik Yagublu to house arrest

Next Post

The Supreme Court did not release the activist deported from Germany

Start typing to see you are looking for.