Oktyabrın 8-də səhər Ağır Cinayətlər Məhkəməsi qarşısında polis tərəfindən saxlanılmış Xalq Cəbhəsi Partiyasının fəalı Fuad əhmədli azadlığa buraxılmayıb. Bu barədə Turan-a partiyadakı mənbələr həmin gün axşam bildiriblər.
Cəmi 6 nəfər saxlanılıb və bir neçə saat sonra onları buraxıblar. Əhmədovla birlikdə saxlanılan Emin əliyev bildirib ki, onları Nəsimi rayonu 22-ci polis bölməsinə aparıblar.
Öz növbəsində, saxlanılan şəxsin atası Zəfər Əhmədov jurnalistlərə deyib ki, polisə bölmədə Fuadı döymək əmri verilib. Bu barədə Ombudsman Aparatına məlumat verilib, ata qeyd edib.